AZ

Lənkəranda avtomobil nənə və nəvələri vurub, ölən var

Lənkəranda

Lənkəran, 13 iyun, AZƏRTAC

Lənkəranda yas mərasimindən qayıdan nənə və nəvələri maşın vurub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında Yuxarı Nüvədi kəndində baş verib. Hərəkətdə olan minik avtomobili 56 yaşlı Mərziyyə Fitat qızı Ağaliyevanı və onun, 3 və 5 yaşlı nəvələrini vurub.

Hər üç piyada yaralı vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, üçyaşlı şəxsin həyatını xilas etmək mümkün olmayıb. Nənə və 5 yaşlı nəvənin müalicəsi təcili yardım şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
1
azertag.az

2Mənbələr