AZ

G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərinin gəlirləri ilə Ukraynaya 50 milyard dollar AYIRACAQLAR

G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən istifadə edərək ilin sonuna qədər Kiyevə 50 milyard dollar ayırmağa razılaşıblar.

Bizim.Media xəbər verir ki, bu barədə AFP Yelisey sarayına istinadən məlumat yayıb.

Razılaşmanın texniki detalları G7 liderlərinin bu həftə İtaliyada keçiriləcək sammitindən sonra açıqlanacaq. 

Bildirilib ki, razılığın əldə olunması üçün müəyyən vaxt lazım ola bilər, lakin sazişin məqsədi ilin sonuna qədər vəsaiti ödəmək olacaq.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
2
bizim.media

3Mənbələr