AZ

İtaliya klubunda yeni baş məşqçi

İtaliya millisinin və "Milan"ın sabiq futbolçusu Alessandro Nesta ölkəsinin "Montsa" kollektivinin baş məşqçisi təyin olunub.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis bu postdan ayrılan Raffaele Palladinonu əvəzləyib.

Nestanın sonuncu iş yeri İtaliya Seriya B təmsilçisi "Recina" olub.

Seçilən
34
2
rekord.az

5Mənbələr