AZ

İrəvanda ara qarışır: Etirazçılar hökumət binasına yürüş etdilər

Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə Baqramyan prospektində mitinq keçirən "Vətən uğrunda Tavuş" hərəkatının iştirakçıları hökumət binasına doğru yürüş ediblər.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, Paşinyan hazırda hökumət binasındadır.

Etirazçılar gecəni çadır şəhərciyində keçirmək niyyətindədirlər.

Bundan əlavə, Qalstanyan sabah səhər Nazirlər Kabinetinin iclasından əvvəl insanları yenidən hökumət binasına toplaşmağa çağırıb.

Hazırda etirazçıların yürüş etdiyi Ermənistan hökumətinin binasına da polis qüvvələri yerləşdirilir.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
yenisabah.az

2Mənbələr