AZ

Tyaqo Motta “Yuventus”un yeni baş məşqçisi oldu - Rəsmi

“Bolonya”nın sabiq çalışdırıcısı, braziliyaəsilli italiyalı mütəxəssis Tyaqo Motta “Yuventus”un baş məşqçisi vəzifəsinə təyib edilib.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir:

“Yuventus” kimi böyük komandaya rəhbərlik etməkdə yeni təcrübə qazanmağa çox şadam. Mən, ğ-qara rənglərin qürunu qoruyub-saxlamaq və azarkeşləri sevindirmək iddialarımda mənə güvənən rəhbərliyə minnətdaram”, deyə Motta yeni təyinatına münasibət bildirib.

41 yaşlı Tyaqo Motta futbolçu karyerasına 2018-ci ildə PSJ-də xitam verib. 2018/2019-cu illər mövsümündə Motta PSJ-nin 19 yaşa qədər gənclərdən ibarət komandasını çalışdırıb. Daha sonra o, “Cenoa” və “Speytsiya”nı çalışdırıb.

2022-ci ilin sentyabrında isə Tyaqo “Bolonya”nın sükanı arxasına keçib. “Bolonya” Mottanın məşqçilik karyerasında ciddi uğur əldə etdiyi ilk klubdur. Məlum olduğu kimi, mütəxəssis klubla 2023/2024 mövsümünün sonuna qədər qüvvədə olan müqaviləsini yeniləməyib.

Motta “tazılar”ı 76 oyuna çıxarıb, 35 qələbə qazandırıb, 23 heç-heçə və 18 məğlubiyyət yaşayıb. Top fərqi isə 111:79 nisbətindədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümünü Mottanın “Bolonya”sı 68 xalla İtaliya A Seriyasının 5-ci pilləsində başa vurub. Bu komanda növbəti mövsümdə UEFA Çempionlar Liqasında iştirak imkanı qazanıb.

“Yuventus”a isə son mövsümdə Massimiliano Alleqri rəhbərlik edirdi. Turin klubu onu mövsümün sonunu gözləmədən istefaya göndərmişdi. “Qoca sinyora” geridə qalmış mövsümü 71 xalla 3-cü sırada bitirib. “Yuventus” da növbəti mövsümdə UEFA Çempionlar Liqasında iştirak edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
arena.az

1Mənbələr