AZ

Bloomberg: Tramp ondan üz döndərən milyarderlərin dəstəyini yenidən qazanıb

ABŞ-nin sabiq prezidenti Donald Tramp noyabr seçkiləri ərəfəsində ondan uzaqlaşan əsas donorların dəstəyini ala bilib.

Busaat.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

2021-ci ilin yanvar hadisələrindən sonra Trampdan üz döndərən biznesmenlər yenidən onun tərəfini tutdular. Onların arasında Amerikanın “Blackstone” investisiya şirkətinin rəhbəri, milyarder Stiv Şvarsman və “otel maqnatı” Miriam Adelson da var.

Bildirilir ki, ABŞ-nin sabiq lideri Vaşinqtonda bəzi iri Amerika korporasiyalarının rəhbərləri ilə görüş keçirməyi də planlaşdırır. Görüşdə iştirak edəcək 100 nəfər arasında JPMorgan Chase, Citigroup və Bank of America-nın rəhbərləri, Ceymi Dimon, Ceyn Freyzer və Brayan Moynihanın da olacağı gözlənilir.

Bloomberg-ə görə, ABŞ milyarderlərinin Trampı dəstəkləməyə hazır olmasının əsas səbəblərindən biri onun vergilərə yanaşmasıdır. Tramp varlı amerikalılar üçün vergilərinazaldacağını vəd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
631
busaat.az

1Mənbələr