Rusiya prezidenti Vladimir Putin BRİKS-in qlobal məsələlərdə artan rolu barədə danışıb.
Busaat.az bu barədə TASS-a istinadən xəbər verir.
“Təşkilatımızın himayəsi altında keçirilən idman oyunları hərtərəfli siyasi, iqtisadi və humanitar əməkdaşlığın bir hissəsidir. BRİKS-in qlobal məsələlərdə rolu sürətlə artır”, – deyə Putin qeyd edib.
O, Oyunların populyarlığının və cəlbediciliyinin artacağına əmin olduğunu bildirib.