AZ

Macarıstan NATO-nun Ukraynaya köməyinə mane olmayacaq - Stoltenberq

Macarıstan

“Macarıstan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində razılaşdırılmalı olan Ukraynaya dəstək təşəbbüslərində iştirak etməyəcək və buna qarşı çıxmayacaq”.

Reyting.az
xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Budapeştdə Macarıstanın baş naziri Viktor Orbanla birgə mətbuat konfransında deyib.

Y. Stoltenberq bildirib ki, o, Macarıstanın baş naziri ilə Ukraynadakı vəziyyəti müzakirə edib:

“Sammitdə müttəfiqlərin Ukraynaya yardım və təlimlərin əlaqələndirilməsi və təmin edilməsində NATO-nun aparıcı rolu barədə razılığa gəlmələrini gözləyirəm. Mən, həmçinin müttəfiqlərin hərbi dəstək üçün uzunmüddətli maliyyə öhdəlikləri barədə razılığa gəlmələrini gözləyirəm”.

Onun sözlərinə görə, baş nazir Orban deyib ki, Macarıstan NATO-nun bu səylərində iştirak etməyəcək. Y. Stoltenberq də bu mövqe ilə razılaşır: “Şadam ki, bu gün baş nazir və mən Macarıstanın NATO-nun Ukraynaya dəstəyində iştirak etməməsi modalları haqqında razılığa gəldik. Baş nazir məni əmin etdi ki, Macarıstan bu səylərə qarşı çıxmayacaq və bu, digər müttəfiqlərin irəliləməsinə imkan verəcək”.

Bundan əlavə, baş katibin dediyi kimi, Orban Macarıstanın NATO qarşısında bütün öhdəliklərini tam şəkildə yerinə yetirməyə davam edəcəyini təsdiqləyib. Macarıstan digər müttəfiqlərin Ukraynaya maliyyə dəstəyi vermək üzrə öhdəlikləri razılaşdırmaq cəhdlərinin qarşısını almayacaq. Həmçinin Macarıstan NATO-nun Ukraynaya dəstəyin koordinasiyasında aparıcı rolu haqqında sazişə müdaxilə etməyəcək.

“Fikrimcə, bu üsul işləyəcək. Mən əminəm ki, NATO liderləri Vaşinqtonda görüşəndə biz bu məsələlərlə bağlı razılaşmanı yekunlaşdıra biləcəyik”, - Stoltenberq vurğulayıb.

Öz növbəsində Orban qeyd edib ki, Macarıstan Ukraynaya dəstək üçün vəsait ayırmayacaq, öz şəxsi heyətini göndərməyəcək və Macarıstan ərazisindən Ukraynaya hərbi dəstək üçün istifadəyə icazə verməyəcək.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
reyting.az

1Mənbələr