AZ

Kiyevdə 59 min abonent işıqsız qaldı

Kiyev vilayətinin 305 yaşayış məntəqəsində, demək olar ki, 59 min abonent əlverişsiz hava şəraiti səbəbindən elektrik enerjisindən məhrum olub.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi öz "Telegram" kanalında məlumat yayıb.

“Kiyev vilayətində çətin hava şəraiti səbəbindən elektrik enerjisi kəsilib, 305 yaşayış məntəqəsi (58,8 min abonent) qismən enerjisiz qalıb”, - məlumatda deyilir.

Ümumilikdə bütün Ukrayna üzrə ölkənin 360 yaşayış məntəqəsində 81 mindən çox abonent pis hava şəraiti səbəbindən işıqsız qalıb.

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
redaktor.az

1Mənbələr