AZ

Rusiya rəhbəri Türkiyə ilə ticarət dövriyyəsinin niyə azaldığını açıqladı

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Türkiyə ilə ticarət dövriyyəsinin azalması  malların qiymətlərində düzəlişlə izah olunur. 

Valyuta.az xəbər verir ki, bu barədə TASS yazır.

“Son il ərzində yaxşı artımımız olub, bu ilin əvvəlində isə ticarət dövriyyəsinin səviyyəsində bir qədər azalma oldu, lakin biz bunu ilk növbədə əsas ixrac və idxal mallarımızın qiymətlərindəki düzəlişlə əlaqələndiririk”, - ölkə başçısı Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşdə deyib.

Putin ümid etdiyini bildirib ki, vəziyyət tezliklə düzələcək və hər şey 2023-cü ildəki kimi olacaq.

Putin türkiyəli nazirlə söhbəti zamanı həmçinin bildirib ki, Moskva Rusiya ilə Türkiyə arasında əlaqələrin inkişafından razıdır və iyulda Qazaxıstanın paytaxtında Ərdoğanla görüşməyi planlaşdırır.

Bundan əlavə, prezident Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri ilə söhbətində bildirib ki, Qara dəniz taxıl təşəbbüsünün uzadılmamasında Rusiyanın günahı yoxdur. Rusiya lideri taxıl müqaviləsinin bağlanmasında Ərdoğanın mühüm rol oynadığını vurğulayıb.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
valyuta.az

1Mənbələr