Tailand çox yaxın gələcəkdə BRİKS-in üzvü olmağa səmimiyyətlə çalışır.
Bu sözləri RİA Novosti agentliyinə açıqlamasında Tailand Xarici İşlər Nazirliyinin rəhbəri Marit Sanqyemphonq deyib.
O, BRİKS-in İnkişaf etməkdə olan Ölkələrlə Dialoq toplantısı zamanı deyib: “Tailandın BRİKS-ə üzv olmaq üçün səmimi istəyini bəyan etmək mənim üçün böyük şərəfdir”.
Nazirin sözlərinə görə, BRİKS-in potensial yeni üzvləri nə qədər tez qoşulsa, sözügedən assosiasiyanın səsi beynəlxalq arenada bir o qədər güclü olacaq.
Mənbə: RİA Novosti