AZ

BMT-nin baş katibi Ukrayna üzrə sammitdə iştirak etməyəcək

BMT BMT-nin Baş katibi Antonio Quterreş başqa planlarını əsas gətirərək Ukrayna sammitində iştirakdan imtina edib.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, BMT-nin baş katibi Antonio Quterreş iyunun 12-də İsveçrədə Ukrayna böhranına həsr olunmuş sammitdə iştirak edə bilməyəcəyini açıqlayıb. O, bu barədə “Reuters”in YouTube-da yayımladığı brifinqdə müvafiq bəyanatla çıxış edib.

“Təəssüf ki, mənim də şəxsi öhdəliklərim var ki, bir gündə imtina edə bilmərəm. Özüm gəlməməyimin heç bir siyasi əhəmiyyəti daşımır”, - deyə o, jurnalistlərin sualını cavablandırıb.

Quterreş qeyd edib ki, BMT konfransda beynəlxalq müşahidəçi qismində lazımi səviyyədə iştirak edəcək. Baş katib təşkilatın mövqeyinin Ukraynada sülhə sadiqlik olduğunu vurğulayıb.

QAZİLER.AZ

Seçilən
134
1
qaziler.az

2Mənbələr