AZ

Putinin “Rusiya ərazisi” kimi baxdığı 7 ölkə - Növbəti hədəfi onlardır

Rusiyanın Ukrayna üzərində qələbəsi geosiyasi vəziyyəti dəyişəcək. Bu, Rusiyanı hərbi, iqtisadi və strateji baxımdan dramatik şəkildə gücləndirəcək, eləcə də Qərbi ciddi şəkildə zəiflədəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin “Atlantic Council” Mərkəzinin təhlilində deyilir.

“Belə müstəsna əlverişli zəminlə üzləşdikdə, qalib Putinin dayanacağına və daha da irəli getməyəcəyinə inanmaq səhv olardı”, - məqalədə qeyd olunur.

Amerikalı analitiklər hesab edirlər ki, Ukraynadakı qələbə onsuz da narahat olan durumu daha da gərginləşdirəcək.

Həmçinin vurğulanır ki, Ukraynanın ələ keçirilməsi Rusiyanın maliyyə durumunu ciddi dərəcədə yaxşılaşdıracaq və Moskvanın qlobal proseslərdəki yerini gücləndirəcək.

Ekspertlər güclənən və cəsarətlənən Rusiyanın Ukraynadan sonrakı hədəflərinə də diqqət çəkirlər:

“Kremlin sahibi açıq şəkildə eyham vurur ki, hazırkı müharibəyə “tarixi Rusiya torpaqları”nı geri qaytarmaq üçün imperiya cəhdi kimi baxır. Ukraynadan başqa Finlandiya, Polşa, Litva, Latviya, Estoniya, Moldova və Belarus da daxil olmaqla ondan çox başqa ölkə var. Həmin ölkələr ki, vaxtilə Rusiya İmperiyasının bir hissəsi olublar. Putinin “tarixi Rusiya” tərifinə cavab verən bu ölkələrin hamısı potensial hədəfə çevriləcək”.

“Atlantic Council” əmindir ki, Rusiyanın Ukraynada ehtimal olunan qələbəsi daha cəsarətli təcavüz aktları üçün zəmin yaradacaq və bu fəlakətli nəticədən qaçmağın yeganə yolu Ukraynadakı müharibəni Rusiyanın məğlubiyyəti ilə başa çatmasını təmin etməkdir.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
2
teleqraf.com

3Mənbələr