AZ

Nəsimi rayonu 14 saylı tam orta məktəbin 1 D sinfinin buraxılış tədbiri keçirilib - FOTO » AzadMedia.az



Hazırda Respublikanın hər yerində birincilərlə əlaqədar buraxılış tədbirləri keçirilir.

Bu gün Nəsimi rayonu 14 nömrəli tam orta məktəbin rus dilində tədris aparılan 1 D sinfinin “buraxılış tədbiri” keçirilib.

Azadmedia.az xəbər verir ki, tədbirdə Nəsimi rayonu 14 nömrəli tam orta məktəbin direktoru Rafael Hüseynov, 1 D sinfinin rəhbəri Alidjanova Gülnar, müəllim kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edən məktəbin direktoru Rafael Hüseynov, dərs ilini müvəffəqiyyətlə bitirmələri münasibəti ilə məktəbin 1D sinfinin şagirdlərini təbrik edib, onlara növbəti illərdə yeni-yeni uğurlar diləyib. Şagirdlərin bilik və bacarıqlarının inkişafı və möhkəmləndirilməsi üçün həyata keçirilən tədbirlər və onların əhəmiyyətindən danışıb. Hər daim rəhbərlik etdiyi məktəbin şagirdlərinə və müəllim kollektivinə qarşı diqqət və qayğısı ilə seçilən
məktəbin direktoru Rafael Hüseynov, yeni təhsil sisteminin gələcəyimiz olan uşaqların layiqli vətəndaş kimi yetişməsinə xidmət etdiyini bildirib. O, həmçinin birincilərə yaxşı oxumağı, Vətənə layiqli övlad kimi yetişməyi tövsiyə edib. Eyni zamanda birincilərin təlim-tərbiyəsindəki xidmətlərinə görə sinif rəhbəri Alidjanova Gülnara təşəkkürünü bildirib. Şagird və müəllim kollektivinin qiymətlisi olan direktor R. Hüseynov Nəsimi rayonu 14 nömrəli tam orta məktəbdə qabaqcıl müəllimlər, təcrübəli pedaqoqların çalışdığını vurğulayaraq şagirdlərin də müəllimlərin tədrisindən bəhrələnərək təhsil sahəsində yüksək göstəricilər əldə etdiyini, sevindirici nəticələr qazandığını qeyd edib. Hüseynov həmçinin 1D sinfindən də gələcəkdə böyük uğurlar gözlədiyini dilə gətirib.

Direktor Hüseynov valideynlərin diqqətinə onu da çatdırıb ki, “Birincilərin təlim və tərbiəsi ilə bağlı görülən bütün işlərin memarı müəllimdirsə, mühəndisləri sizlərsiniz.”

Birincilərin sinif rəhbəri Alidjanova Gülnar körpələrin ilk sevinci - buraxılış tədbiri
münasibətilə onları səmimi qəlbdən təbrik edib və şagirdlərinə biliklərin açarı olan Əlifbadan başlayaraq bütün kitabları sevməyi və səylə biliklərə yiyələnməyi, Vətəni sevən, savadlı vətəndaş olmağı arzu edib.

Bununla yanaşı, müəllimlərinin sevimlisi 1 D sinfinin şagirdi Vəliyeva Aysun başda olmaqla birincilər şeir, mahnı, rəqs və müxtəlif kompozisiyalı kiçik səhnəciklərlə tədbiri zənginləşdiriblər.

Qeyd edək ki, tədbir 1D sinfinin rəngarəng çıxışları ilə yadda qalıb, onlar bir-birindən maraqlı çıxışları ilə tədbir iştirakçılarını sevindiriblər.

Sonda xatirə fotosu çəkdirilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
1
azadmedia.az

2Mənbələr