AZ

Bu klubu seçməsi təəccüb doğurdu- PSJ və "Liverpul"da oynamış məşhur

"Liverpul"un sabiq futbolçusu Mamadu Sako karyerasını Gürcüstan çempionatında davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı mərkəz müdafiəçisi "Torpedo"ya keçib.

Bu barədə Kutaisi təmsilçisinin rəsmi saytı məlumat yayıb.

34 yaşlı futbolçu bu gün Gürcüstana gedib tibbi müayinədən keçdikdən sonra müqaviləyə qol çəkəcək.

Mamadu Sako karyerası ərzində PSJ, "Liverpul", "Kristal Pelas" və "Monpelye"də çıxış edib. Fransa millisinin sabiq üzvü 2023-cü ilin noyabr ayından klubsuzdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
sportinfo.az

1Mənbələr