AZ

İnsulin dirənci müalicə olunmasa nə olar?

Son illərin “dəbdə“ olan xəstəliklərindən biri də insulin dirəncidir. 

Bu problemi yaşayan insanlar tez-tez yeməkdən, yeməkdən doymamaqdan şikayətlənirlər.

Arıqlamağa cəhd etsələr də, kilo ata bilməməkdən şikayətçidirlər. 

İnsulin dirənci orqanizmin istehsal etdiyi insulin hormonu miqdarına cavab verə bilməməsi deməkdir.

Bir çoxumuz belə bir halın yaşanmasından xəbərsizik.

Bəs insulin dirənci müalicə olunmasa nə olar?

Hit.az-ın bu sualını cavablandıran endokrinoloq Aytən Babaxanova bildirib ki, insulin dirənci müalicə olunmayanda şəkərli diabet, arterial hiopertoniya, ürək-damar, böyrək, kişi və qadın sonsuzluğu, diqqətsizlik, depressiya, yumurtalığın polikistoz sindromu kimi əlamətlər üzə çıxır. Bu problem onkoloji xəstəliklərlə də nəticələnə bilər”,- deyə o qeyd edib.

İnsulin dirəncinə qarşı mübarizə aparmaq üçün aktiv həyat tərzinə keçmək şərtdir:

“Pəhriz, çəki atmaq idman etmək və daha sağlam qidalar yemək bu yolda atılan kiçik addımlardır. Çəki atmaqda çətinlik olacaq. Bu məlumdur. Məhz bu məslədə sizə endokrinoloq yardım edə bilər”,- deyə həkim vurğulayıb.

Murad

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
hit.az

1Mənbələr