AZ

Google Pixel Watch 3 XL smart saatının ilk render fotoları təqdim edilib

     OnLeaks ləqəbli məşhur insayder dünən Google Pixel Watch 3 smart saatının ilk render fotolarını təqdim etmişdi. İndi isə o, sözügedən smart saatın bir qədər böyük ölçüyə sahib versiyasının render fotolarını təqdim edib. Söhbət, Pixel Watch 3 XL-dən gedir. İnsayder bildirib ki, adi Pixel Watch 3-ün 1.2 düym ölçülü ekranı əldə edəcəyi halda Pixel Watch 3 XL modeli 1.45 düym ölçülü ekranı əldə edəcək. Bununla yanaşı XL modelinin gövdəsi də olduqca qalın olacaq. Məlumata əsasən söhbət, 13.89 mm-lik qalınlıqdan gedir. Böyük ehtimal ilə bu, smart saatın böyük həcmli batareyaya sahib olması ilə bağlıdır. Pixel Watch 3 XL və Pixel Watch 3-ün payız fəslində Pixel 9 smartfon seriyası ilə birgə təqdim olunmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
technote.az

1Mənbələr