AZ

Azərbaycanlı aktyor dünyasını dəyişdi

Lənkəran Dövlət Dram Teatrının aktyoru Əlibala Əsgərov 69 yaşında dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Teatr Xadimləri İttifaqı məlumat yayıb.

Aktyor Əlibala Əfsər oğlu Əsgərov 1955-ci ildə Sumqayıtda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb. 1975-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında işləyib. Bununla yanaşı o, “Durnalar qayıdanda” filmində Sovet zabiti, “Qəzan mübarək Paşam” filmində general Əliağa Şıxlinski obrazlarını yaradıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
25
unikal.az

10Mənbələr