AZ

Müharibə veteranlarına verilən müavinətin artırılmasını GÜNDƏMDƏVİDEO

Veteranlar üçün 80 manatlıq təqaüdün artırılması ilə bağlı ilin 2-ci yarısında addımlar atılmalıdır.

Xezerxeber.az-ın xəbərinə görə, bu sözləri millət vəkili Əli Məsimli Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında deyib. Deputat söyləyib ki, müharibə veteranlarının təqaüdünü artırmaq üçün böyük vəsait lazım deyil.

Deputat Vahid Əhmədov isə veteranlara verilən müavinətlə bağlı dəfələrlə təkliflərin gündəmə gətirildiyinə diqqət çəkib və bu məsələnin həllini vacib sayıb.

Maliyyə nazirinin müavini Azər Bayramov da müharibə veteranlarına verilən müavinətin artırılması məsələsinə münasibət bildirib.

Yəqin ki, hökumətdə bu məsələyə baxılacaq.

"Azərbaycanın dövət büdcəsinin sosial yönümlülüyü heç kimdə şübhə doğurmur",- deyə nazir müavini vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
xezerxeber.az

1Mənbələr