AZ

Dövlət Departamenti: Çinin texnologiyaya çıxışını məhdudlaşdırmaq lazımdır

ABŞ Çinin müəyyən texnologiyalara çıxışını məhdudlaşdırmaq üçün addımlar atmalıdır.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin müavini Kurt Kempbell bildirib. 

"İnanıram ki, Çinin maraqlarımıza zidd, adətən milli təhlükəsizlik sahəsində istifadə edildiyinə inandığımız bəzi texnologiyalara çıxışını məhdudlaşdırmaq üçün ehtiyatlı addımlar atmaq Amerikanın marağındadır", - Kempbell qeyd edib. 

Eyni zamanda, Kempbell Amerika siyasətinin heç bir şəkildə Çinin iqtisadi artımını məhdudlaşdırmaq məqsədi daşıdığına inanmır.

Bundan əvvəl "The Wall Street Journal" yazıb ki, Çin çip istehsalı üçün Amerika texnologiyasından asılılığı aradan qaldırmaq səylərində irəliləyir. Nümunə olaraq nəşr Çinin ən böyük çip və mikroelektronika istehsalçılarından biri olan Semiconductor Manufacturing International Corp-un fəaliyyətini göstərib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
operativmedia.az

1Mənbələr