AZ

Moskva birjasında dollar və avro ilə ticarət dayandırılır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Moskva Fond Birjasında dollar və avro ilə ticarət dayandırılır.

Banco.az xəbər verir ki, Moskva Birjasının yazılı bəyanatında ABŞ-ın birjada müxtəlif məhdudiyyət qərarları verdiyi bildirilib.

Bu məhdudiyyətlərlə əlaqədar birjanın fəaliyyətində dəyişikliklərin ediləcəyi vurğulanan bəyanatda qeyd olunub ki, dollar və avro ilə əməliyyatlar iyunun 13-dən etibarən dayandırılacaq.

Bəyanatda həmçinin Moskva Fond Birjasının bazarda dalğalanmaların artması halında əməliyyatları fasiləsiz həyata keçirmək üçün bütün lazımi vasitələrə malik olduğunu bildirilib.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi bu gün Moskva Birjasını sanksiyalar siyahısına daxil edib. Rusiya rəsmiləri ABŞ-ın tətbiq etdiyi bütün sanksiyaların qeyri-qanuni olduğunu iddia edir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
banco.az

1Mənbələr