AZ

Pərviz Şahbazov Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmini açıqlayıb

Bakı. Trend:

Böyük Britaniya ümumi sərmayələri 35,9 milyard dollardan çoxolmaqla Azərbaycanda ən böyük xarici investordur.

Trend xəbər verir ki, bunuAzərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda BöyükBritaniya kralı III Çarlzın rəsmi ad günü münasibətilə keçiriləntədbirdə deyib.

"Böyük Britaniya həmişə strateji tərəfdaş olub və investisiyalarvə enerji sektoruna dəstək olaraq ölkənin inkişafında mühüm roloynayıb. Böyük Britaniya ümumi sərmayəsi 35,9 milyard dollardan çoxolmaqla ölkəmizdə ən böyük xarici investordur. Əməkdaşlığımızınəhatə dairəsi genişləndikcə investisiyalar və ticarət dövriyyəsiartır. Bu ilin ilk üç ayında ticarət dövriyyəsi 16 faiz artıb", -nazir deyib.

O həmçinin, Azərbaycanla Böyük Britaniya arasında enerjisektorunda uzunmüddətli və məhsuldar əməkdaşlığın qlobal enerjitəhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığınıvurğulayıb.

"İki ölkə arasında 1994-cü ildə “Əsrin Müqaviləsi” çərçivəsindəbaşlanmış enerji əməkdaşlığı irimiqyaslı layihələrimizin uğurunu,“Cənub Qaz Dəhlizi” ölkəmizin bütün Avropanın enerji təchizatçısıstatusunu təmin edib. bp ilə Azəri-Çıraq-Günəşlidən başlayanəməkdaşlığımızın 30-cu ildönümündə Mərkəzi Şərqi Azəri yatağındahasilata başlanması bizim daha bir nailiyyətimizdir", - Şahbazovəlavə edib.

(Tərcümə: Gülnarə Kərimova)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
az.trend.az

1Mənbələr