AZ

“Musiqinin psixoloji təsiri” mövzusunda elmi-praktik seminar keçirilib

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də Bakı şəhəri Baş Mədəniyyət İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Mədəniyyət Nazirliyinin Elmi-Metodik və İxtisas Mədəniyyət Mərkəzinin təşkil etdiyi “Musiqinin psixoloji təsiri” mövzusunda elmi-praktik seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminar musiqinin cəmiyyətdə rolunun ifadə edilməsi, bədii zövqün formalaşdırılması, etik və estetik normaların lazımi səviyyədə təmin edilməsini hədəf alıb.

Seminarda “Musiqinin terapiyada rolu”, “Tərbiyədə və təhsildə musiqinin rolu”, “Musiqinin uşaq psixologiyasına təsiretmə vasitələri” mövzusunda məruzələr dinlənilib.

Tədbirin gedişində Türkiyə neyrobioloqu, professor Sinan Cananın “Musiqi və beyin” mövzuda videoformatdakı çıxışı təqdim edilib, həmçinin musiqi əsərləri səsləndirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
azertag.az

1Mənbələr