AZ

“Arsenal” qolkiper problemini həll etdi

“Arsenal” “Brentford”un qapıçı David Rayanı rənglərinə bağlayır. Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat paylaşıb. Bildirilir ki, “topçular” ispaniyalı qapıçı ilə müqaviləni rəsmi şəkildə bağlamaq üçün sənədləri tamamlamaq üzrədir. Məlumatlara görə, qapıçının transferi londonlulara 27 milyon funt-sterlinqə başa gələcək. Rayan ötən yaydan “Arsenal”da icarə əsasında çıxış edib. O, Aron Ramsdeyli üstələyərək əsas heyətdə möhkəmlənə bilib. İspaniyalı qolkiper ötən mövsüm bütün turnirlərdə keçirdiyi 39 oyunda 30 qol buraxıb, 19 qola keçid verməyib. Qeyd edək ki, ispaniyalı futbolçu 2023/24 mövsümü üçün Premyer Liqanın “Qızıl əlcək” mükafatını alıb. Mükafat hər il İngiltərə çempionatında qapısını ən çox toxunulmaz saxlayan qolkiperə verilir. Rayan bu mükafata layiq ola bilmək üçün, ötən mövsüm İngiltərə çempionatında 15 oyun qapısında qola imkan verməyib.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
matc.az

1Mənbələr