AZ

Milliyə yeni baş məşqçi təyin olundu, Qurban Qurbanov iclasa qatılmadı

AFFA İcraiyyə Komitəsinin (İK) onlayn formatda keçirilən son iclasında maraqlı hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, qol.az-ın əldə etdiyi məlumata görə, İK-nin üzvü və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov iclasda iştirak etməyib.

Qeyd edək ki, bu iclasda Azərbaycan millisinin baş məşqçiliyinə təyinat müzakirə olunub. Müzakirələr nəticəsində portuqaliyalı Fernandu Santuş millinin baş məşqçisi təyin edilib.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Qurban Qurbanov baş məşqçi məsələsinin həssaslığını əsas gətirərək toplantıda iştirak edə bilməyəcəyini deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
sportinfo.az

1Mənbələr