AZ

Macarıstan NATO-nun Ukraynadakı missiyasında iştirakdan imtina etdi

Macarıstanın baş naziri Viktor Orban NATO-nun Ukrayna ilə bağlı qərarlarını əngəlləməyəcəyinə söz verib. Lakin, macar nazir onu da bildirib ki, ölkəsi Kiyevi dəstəkləmək üçün alyans fəaliyyətlərində iştirak etməyəcək.

KONKRET.az xəbər verir ki, alyansın baş katibi Yens Stoltenberq Macarıstanın baş naziri Viktor Orbanla birgə konfransda bildirib ki, Macarıstan NATO-nun Ukraynadakı missiyasında iştirakdan imtina edib, lakin bu səylərə mane olmayacağına sğz verib:

“Baş nazirlə mən Macarıstanın NATO-nun Ukraynaya dəstəyində iştirak etməməsi şərtləri barədə razılığa gəldik. Bu fəaliyyətlərdə heç bir Macarıstan rəsmisi iştirak etməyəcək. Eyni zamanda, Baş nazir məni əmin etdi ki, Macarıstan bu səylərə qarşı çıxmayacaq, digər müttəfiqlərin irəliləməsinə imkan verəcək. O, Macarıstanın NATO qarşısında götürdüyü bütün öhdəlikləri tam şəkildə yerinə yetirməyə davam edəcəyini təsdiqlədi”.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
konkret.az

1Mənbələr