AZ

“İnsan Hüquqları Günü” münasibətilə görüş keçirilib - FOTOLAR

Naftalan şəhər Günərzi Qayğı Mərkəzində 18 iyun “İnsan Hüquqları Günü” münasibətilə görüş keçirilib.

QHT.az xəbər verir ki, Naftalan rayonunda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzində 18 iyun “İnsan Hüquqları Günü” münasibətilə valideyinlərlə görüş keçirilib. Tədbir vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan mərkəzin rəhbəri Qubad Qasımov Günərzi Mərkəzinin mərkəzdə gördüyü işlərdən və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən İctimai Şuranın üzvü Elnarə Məhərrəmova cəmiyyəti narahat edən bir sıra məsələlər haqda məlumat verib. 

Sonra mərkəzdə fəaliyyət göstərən müəllim və valideyinlərin iştirakı ilə keçirilən tədbir diskusiya şəklində davam etdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
qht.az

1Mənbələr