AZ

"Qarabağ"da dördüncü ayrılıq - Bu ayrılıq 1 ay ərzində açıqlanacaq

Bu yay «Qarabağ»ı tərk edən futbolçuların sayı 4-ə çatıb. Fransalı vinger Adama Diakabi, rusiyalı qapıçı Andrey Lunyov və karyerasını bitirən Maksim Medvedevdən sonra Luka Quqeşaşvili ilə yollar ayrılıb. Gürcüstan yığmasının heyətində AVRO-2024-ün final mərhələsinə aparılan kiper müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasın «okey» verib. 2,5 ildir Ağdam klubunun düşərgəsində yer alan 25 yaşlı «əlcək sahibi» Almaniyadan qayıdandan sonra «köhlən atlar»la birdəfəlik sağollaşacaq. «Qarabağ» onun qitə birinciliyindən kənar qalmaması üçün belə bir güzəştə gedib. Çünki Luka bu müddətdə klubsuz qalsa, adı, böyük ehtimalla, AVRO-2024 üçün UEFA-ya göndərilən iştirak ərizəsindən çıxarılacaqdı. İndi isə o, «Qarabağ»ın oyunçusu olara orada özünə yer edib. Və Azərbaycana qaydıan kimi ayrılıq xəbəri mətbuat səhifələrini bəzəyəcək.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
sportinfo.az

1Mənbələr