AZ

Hollandiya Ukrayna üçün dronların istehsalı üçün fond yaradıb və...

Hollandiya Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün pilotsuz təyyarələrin istehsalına 60 milyon avro sərmayə qoyacaq, bu barədə Hollandiya Müdafiə Nazirliyinin rəhbəri Kaysa Ollonqren Ukraynaya iki günlük səfərinin yekunları üzrə bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, buməbləğin bir hissəsi - 17,5 milyon avro Ukrayna ərazisində dəniz pilotsuz təyyarələrinin yaradılmasına xərclənəcək.

Bundan əlavə, bu, yerli biznesi stimullaşdıracaq.

...Bu yüksək texnologiyalı yeniliklər Hollandiya üçün də vacibdir.

Bunu hollandiyalı nazir deyib.

...Daha 20 milyon avro isə FPV pilotsuz təyyarələrin alınmasına xərclənəcək. Qalan vəsait Ukraynaya PUA-ların gələcək tədarükü üçün Hollandiyanın özündə pilotsuz təyyarələrin istehsalına yatırılacaq.

Qeyd edək ki, bir gün əvvəl baş nazir Mark Rutte bildirmişdi ki, Hollandiya Ukraynaya enerji infrastrukturunun təmiri və humanitar yardım da daxil olmaqla 138 milyon avro məbləğində yeni yardım paketi verəcək.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
sia.az

1Mənbələr