AZ

Qubada maşın dağdan aşıb, 2 nəfər ölüb, 1 nəfər yaralanıb - FOTO

Quba-Xınalıq yolunun Qırız Dəhnə kənd ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


 Xınalıq sakinləri - sürücü Elvin Məlikov, sərnişinlər Şahin Bahəddinov və Elşən Yarməmmədov NİVA markalı avtomobildə Xınalıqdan Quba istiqamətində hərəkətdə olarkən dağdan aşıblar.

"40-BH-085" dövlət qeydiyyat nişanlı avtomobilin qəzaya uğraması nəticəsində hər iki sərnişin hadisə yerində dünyasını dəyişib, sürücü ağır yaralanıb.

Hadisə yerinə Quba rayon Polis şöbəsinin əməkdaşları cəlb olunub. Sürücü Quba Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Ölən şəxslərin meyitləri hazırda dərədədir, onların çıxarılması istiqamətində iş görülür./Report.az  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
referans.az

1Mənbələr