AZ

Bu üsullarla yaxşı dondurmanı seçə bilərsiniz- Mütəxəssis danışdı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dondurma məhsulunun satışı ilə əlaqədar monitorinq keçirib. Cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb. Sağlam dondurmanı necə tanıyaq? Əsasən hansı formada satılan dondurmaları almaq məsləhətlidir?

Teleqraf.com-a açıqlama verən qida mütəxəssisi Ağa Salamov deyir ki, istehlakçılar dondurma alarkən onun əriyib yenidən donmuş olmasına diqqət yetirməlidirlər:

“Dondurma süd məhsulundan hazırlandığı üçün riskli qidalara daxildir. Dondurmalar qida zəncirində tam təhlükəsiz şəkildə müştəriyə çatdırılmalıdır. Bunun üçün istehsal olunan müəssisədə avadanlıqlar yaxşı yuyulub təmizlənməlidir. Hər iş sonrası mütəmadi olaraq dezinfeksiya işləri getməlidir. Çünki avadanlıqlarda qalan qida qalığı süd məhsulu olduğu üçün riskli qida sayılır və mikrobioloji çirklənməyə meyillidir. Belə olduğu təqdirdə qida qalığı ilə çirklənmə nəticəsidə zəhərləyə səbəb ola bilər.

Dondurmalar sağlam qaydada istehsal olunarsa, mənfi 18 dərəcədə maşınlarda marketlərə, satış nöqtələrinə çatdırılmalıdır. Satış nöqtələrində də mənfi 18 dərəcə olan soyuducuda saxlanılmalı və mühafizə olunmalıdır. Əsas diqqət etmək lazımdır ki, saxlanıldığı yerdə dondurmalar bir-birinin üstündə olmasın. Arakəsmə olmalıdır ki, sirkulyasiya getsin. Bu olmadıqda dondurmalar əriyir, tam donmur.

Mütəmadi şəkildə soyuduculara diqqət edilməlidir. Dondurmanı istehsal edən şirkət maraqlanmalıdır ki, məhsulu hansı şəraitdə saxlanılır”.

Ekspert deyir ki, dondurma əriyib yenidən donduqda zəhərlənmə yaradır:

“Dondurmalar bir dəfə əriməlidi, o da yeyildiyi zaman. İkinci dəfə dondurula bilməz. Ona görə də ehtiyalı olmaq lazımdır. Özü və qablaşdırması deformasiya olunmuş dondurmaları yemək olmaz. Yeyildiyi zaman ağızda buz kristalları hiss olunarsa, yeməyə davam edilməməlidir.

Mütləq dondurmaların istehsal tarixinə baxmaq lazımdır. Bəzən görürük ki, neçə ildən qalan dondurmalar üzə çıxır. Bu da qida zəhərlənməsinə gətirb çıxarır”.


Müəllif: Şəbnəm Zahir
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
teleqraf.com

1Mənbələr