AZ

Paşinyan Ermənistanın KTMT-dən çıxdığını bəyan etməyib - Mirzoyan

“Baş nazir Nikol Paşinyan ölkəmizin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağını yox, istədiyimiz vaxt bununla bağlı qərar verə biləcəyimizi deyib”.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə keçirilən iclasda bildirib.

“İclas qeydə alınır, kimin nə dediyini yoxlamaq olar. Ermənistanın Baş naziri demədi ki, biz KTMT-dən çıxırıq, o bildirdi ki, ölkəmiz təşkilatın üzvlüyündən çıxmalı olsa, bir daha geri qayıtmayacaq", - XİN rəsmisi vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
50
publika.az

10Mənbələr