AZ

Mirzoyan: Paşinyan ölkənin KTMT-dən çıxdığını bəyan etməyib

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxdığını bəyan etməyib. O bildirib ki, təşkilatdan nə vaxt çıxacağına Ermənistan hakimiyyəti özləri qərar verəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə keçirilən iclasda bildirib.

“İclas qeydə alınır, kimin nə dediyini yoxlamaq olar. Ermənistanın baş naziri demədi ki, biz KTMT-dən çıxırıq, Ermənistanın baş naziri bildirdi ki, nə vaxt çıxacağımıza qərar verəcəyik, amma geri dönməyəcəyik", - o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
50
operativmedia.az

10Mənbələr