AZ

25 milyon avro qiymət qoyduğu hücumçunu satışa çıxarır - Premyer Liqa təmsilçisi

“Nyukasl” yay transfer pəncərəsində hücumçusu Migel Almironla yollarını ayırmağa hazır olacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “Daily Mirror” nəşri məlumat yayıb.

Klub paraqvaylı futbolçuya 25 milyon avro qiymət qoyub. “Nyukasl” Almiron üçün təklifləri dinləyəcək və yaxşı təklif alsa, oyunçunu satacaq.

Belə ki, klub rəhbərliyi digər transferləri maliyyələşdirmək üçün bəzi oyunçuları satmaq istəyir.

30 yaşlı futbolçu İngiltərə Premyer Liqasının ötən mövsümünü 3 qol və 1 məhsuldar ötürmə ilə başa vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
sportinfo.az

1Mənbələr