AZ

AÇ-2024 oyunlarına meyvə gətirmək qadağan edildi

Bu yay Almaniyada keçiriləcək Avropa çempionatında (AÇ-2024) azarkeşlərin stadionlara meyvə gətirməsi qadağan ediləcək.

Arena.az bu barədə “Mirror” nəşrinə istinadən məlumat verir.

Xəbərdə o da vurğulanır ki, ev sahibi ölkə Almaniya sosis satışını artırmağı hədəfləyib.

UEFA-nın qaydalarına əsasən, əlində alma və ya portağal olan hər hansı bir azarkeş oyunları buraxmaq təhlükəsi ilə üzləşir. Məşəllər və siyasi ismarışlar da daxil olmaqla qayda ilə qadağan edilmiş əşyalar, idarəetmə orqanı tərəfindən dərc edilmiş 10 səhifəlik qaydalar siyahısında yer alıblar. Bütün ərzaqların 10 stadionun hamısından kənarda yerləşən təhlükəsizlik keçid məntəqələrində müsadirə ediləcəyi gözlənilir. Vurğulanır ki, təlimatda qəribə şəkildə “alma, banan, portağal və s.” meyvələr qeyd edilib qabardılsa da, digər əşyaların adı belə qeyd edilməyib.

Xatırladaq ki, AÇ-2024-ün final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. Yarışın oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
arena.az

1Mənbələr