AZ

Sədr müavini: Daşınmaz əmlakın elektron reyestr sistemi 1 ilə hazır olacaq

"Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sistemi"nin layihəsi hazırda razılaşdırma mərhələsindədir.

APA-Economics” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov deyib.

“Yeni informasiya sisteminin əsasnaməsinin və lazım olan normativ hüquqi sənədlərin hazırlanması üçün Fərmanda 6 ay müddət qoyulub. Bu müddətdə Əmlak Məsələləri Dövlət Xidməti və İqtisadiyyat Nazirliyi layihələr hazırlayıb və hazırda razılaşdırma mərhələsindədir. Hesab edirəm ki, ən geci 1 il ərzində informasiya sistemi tam gücü ilə vətəndaşların istifadəsinə təqdim olunacaq”, - Elşad Məmmədov bildirib.

Elşad
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
apa.az

2Mənbələr