AZ

Elon Musk peykləri Yerə daha yaxın yerləşdirəcək

İlon Maskın SpaceX şirkəti peykləri hazırkı orbitdən cəmi 200 kilometr aşağıda orbitə yerləşdirməklə Starlink peyk şəbəkəsində siqnal gecikməsini azaltmağı planlaşdırır.

Bu barədə PCMag portalı məlumat yayıb.

Şirkət orbitin Yer səthindən 550 km-dən 350 km-ə daşınmasının siqnalın ötürülmə müddətini 5-6 millisaniyəyə qədər azaldacağını və bu, onlayn oyunlar və videokonfrans kimi sahələrdə istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracağını gözləyir.

Bununla belə, ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) Beynəlxalq Kosmik Stansiyanın təhlükəsizliyi və SpaceX peyklərinin bu şəkildə yerləşdirilməsi səbəbindən astronomik müşahidələrə mümkün təsirlə bağlı narahatlığını ifadə edib. Bununla əlaqədar olaraq FCC Maskın şirkətindən əlavə məlumat və potensial riskləri minimuma endirmək üçün planlar istədi.

SpaceX artıq Beynəlxalq Telekommunikasiya İttifaqına 29 888 yeni peyki idarə etmək üçün ərizə təqdim edib, onlardan 19 440-ı təklif olunan aşağı orbit hündürlüyündə yerləşəcək.

Mənbə: A Haber

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
dogru.az

1Mənbələr