AZ

Berdiyevin “Turan Tovuz”dakı köməkçilərindən biri müəyyənləşdi

“Turan Tovuz”da baş məşqçi postuna kurban Berdiyev təyin olunsa, köməkçilərindən biri millimizin sabiq üzvü ola bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, söhbət Ruslan Abışovdan gedir. Yığmanın sabiq üzvü ilə Berdiyevin çox yaxşı münasibəti var.

Tərəflər arasında artıq danışıq baş tutub. Kurban Berdiyevin Tovuz klubuna baş məşqçi təyin olunacağı təqdirdə, Abışov böyük ehtimalla onun yardımcılarından biri olacaq.

Xatırladaq ki, Abışov 2013-cü ildə Kurban Berdiyevin rəhbəriyi altında “Rubin”də çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
idmanxeber.az

1Mənbələr