AZ

Xəyanəti öyrənən tərəf necə hərəkət etməlidir? - PSİXOLOQ İZAH ETDİ

"Ümumiyyətlə, insanlar birgə yaşayışda istər dostluq münasibətlərində, istər qadın-kişi münasibətlərində olsun, bəzən xəyanət prosesi ilə üzləşməli olurlar". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

O bildirib ki, xəyanət hər bir insanın qarşı tərəfi aldatması, başqa bir qarşılıqlı münasibətlərə gizli şəkildə daxil olması deməkdir: "Xəyanətin də növləri var. Aşkar xəyanət edən insanlar olur. Yaşam boyu fikirlərini dəyişərək verdikləri vədləri, tutduqları sözləri arxa plana ataraq aşkar şəkildə xəyanət etdiklərini bildirir və bu münasibətlərini yarı yolda kəsə bilirlər. Bir çox insanlar isə gizli formada xəyanət edərək nə həyatlarında olan insanı əllərindən buraxmaq istəyirlər, nə də başqa bir insanı diqqətdən kənarda qoymaq istəyirlər. Belə olduğu təqdirdə insanların da bunu qəbullanması, həzm etməməsi ayrılıqlara səbəb ola bilər. Xəyanəti hər kəs özünəməxsus şəkildə qəbul edir.

Xəyanətə düçar olan şəxs var, xəyanət edən şəxs var. Xəyanətə düçar olan şəxs xəyanəti bir neçə prizmadan qarşılayır. Əvvəl özünə güvənsizlik kimi qəbullanır: "mən yaxşıyam, amma başqasını qiymətləndirirlər". Xəyanətə düçar olan şəxs adətən daxilindəki psixi duyğuları ilə daim mübarizədədir. İnsan özündə problem axtarmağa başlayır, başqasını bağışlamaq istəmir. Bu, hamıda özünəməxsus şəkildə cərəyan edir. Xəyanət edən şəxsin də müxtəlif səbəbləri olur. Bəzən insanlar ətrafında olan insanda özlərini tapa bilmədikləri üçün özlərini başqa bir insanda axtarırlar. Başqa insanda özlərini tapdıqları üçün bunu da aşkara çıxarmaqda çətinlik çəkirlər. Bu da onların xəyanət prosesi adlanır".

"Biz nəzərə alsaq ki, insanları asılı etmək olmaz, insanlar fikir, düşüncələrində daha azad olmalıdırlar. Bir şey də var ki, xəyanət dediyimiz proses fərqindəliyi axtarıb tapana qədər müəyyən mərhələlərdən keçir. Elə qeyri-müəyyən həyatda yaşayırıq ki, heç kim bu həyatda sığortalanmayıb. Xəyanətin qurbanı olanlar var. Xəyanətlə qarşılaşıb həyatını natamam formaya salan insanlar da var. Hər bir insan daxildən bunu analiz etməyi bacarmalı, nədən baş verdiyinin kökünü axtarıb-araşdırmalıdır. Tələsməyib insanlar bir-birlərindən uzaq düşərək, anlaşmanı pozurlar. Tez zamanda ayrılmamalıdırlar. Bu, elə bir prosesdir ki, mütəxəssis olaraq üzləşdiyim hadisələrdə hər kəs özünəməxsus şəkildə addımlar atır. Kimisi daha rasional düşünərək ailəsini dağıtmadan buraxılan səhvləri analiz edir və növbəti səhvlərə yol vermədən həyatına davam edir. Yəni bağışlamağı bacarır, ötürə bilir. Çünki bu, insan həyatıdır. Biz qeyri-müəyyən həyatda yaşadığımız üçün hər bir hadisə ilə üzləşə bilərik. Bizim də hiss və duyğularımız var, bizim də müəyyən keçə bildiyimiz, keçə bilmədiyimiz, dərk etdiyimiz, dərk etmədiyimiz istək və motivlərimiz var. Buna görə də biz münəccim deyilik ki, insanın bunu niyə etdiyini bilib tez bir zamanda kəsib ataq. İnsanlar bir-birlərini daha aydın şəkildə qavramaq istəyərək qəbullansalar, onda xəyanət prosesini də analiz etmiş olarlar. Bəlkə də, heç bu xəyanət deyil, həyatda baş verən bu hadisə, bəlkə də, insanların özlərini axtarıb tapması ilə əlaqədardır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
sia.az

1Mənbələr