AZ

Sinoptiklər iyunun 13-14-də havanın kəskin pisləşəcəyini bildirirlər

İyunun 13-ü gündüz  Bakıda və Abşeronda yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptiklərinin iyunun 12-də günün ikinci yarısında yaydığı məlumatda deyilir.

Ölkə rayonlarında intensiv yağıntı 14 iyun axşama qədər davam edəcək. Böyük və Kiçik Qafqaz dağlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcəyi gözlənilir.

Küləyin sürəti saniyədə 20 metrə çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
turan.az

1Mənbələr