AZ

Çin və Aİ arasında GƏRGİNLİK: Ticarət müharibəsi başlayır?

Çin və Avropa İttifaqı (Aİ) Çin elektrik avtomobillərinin Aİ-yə idxalına rüsumları artırdıqdan sonra ticarət müharibəsinin başlanma riski ilə üzləşiblər.

Oxu24.com xəbər verir ki, Aİ 4 iyuldan etibarən elektrikli avtomobil idxalına 38,1 faizə qədər tariflər tətbiq edəcəyini açıqlayaraq Çini şoka salıb.

Çinin Avropalı içki istehsalçılarına qarşı təhqiqat şəklində cavab tədbirləri görməyə başladığı bildirilir. Bundan əlavə, Pekin hakimiyyəti avropalı fermerlərə və təyyarə istehsalçılarına qarşı tədbirlər görəcəyi ilə hədələyib. Bundan əvvəl məlum olmuşdu ki, Aİ-nin Çin elektrik avtomobillərinin idxalına tətbiq etdiyi yeni tariflər Pekinə təxminən dörd milyard dollara başa gələcək. Eyni zamanda, Çin "Mercedes-Benz Group" və "BMW" kimi şirkətləri vuran güclü mühərrikli avtomobillərə 25 faizə qədər cavab rüsumları tətbiq edəcəyinə söz verib.

Yeganə

Mənbə: Politico.com
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
32
oxu24.com

10Mənbələr