AZ

Ayağın tərləməsi hansı xəstəliyin əlamətidir?  

Ayağın Ayağın tərləməsi hansı xəstəliyin əlamətidir?

Ayağın tərləməsi, isti hava, sıx fiziki fəaliyyət və ya stress kimi faktorlar səbəbindən baş verir.

E-saglam.az xəbər verir ki, bununla belə, daimi və həddindən artıq ayaq tərləməsi tibbi olaraq "hiperhidroz" və ya digər sağlamlıq problemləri kimi tanınan bir vəziyyətin əlaməti olaraq ortaya çıxır.

HİPERHİDROZ

Ayaqların tərləməsinin ən çox görülən səbəbi birincili hiperhidrozdur.

Bu vəziyyət bədənin tər vəzilərinin həddindən artıq işləməsi nəticəsində yaranır və xüsusi bir səbəblə bağlı deyil.

Birincili hiperhidroz uşaqlıq və ya yeniyetməlik dövründə başlayır və genetik komponentə malikdir.

Həddindən artıq tərləmə ayaq altı, ovuc içi və qoltuqaltı kimi nahiyələrdə olur.

Bu vəziyyət tez-tez sosial və psixoloji problemlər yaradır, lakin sağlamlıq üçün ciddi təhlükə yaratmır.

İKİNCİ HİPERHİDROZ

İkinci dərəcəli hiperhidroz, başqa bir əsas sağlamlıq problemi səbəbiylə meydana gələn həddindən artıq tərləmədir.

Bu tərləmə adətən bütün bədəndə olur və birdən başlayır.

İkincili hiperhidrozun səbəbləri arasında tiroid xəstəlikləri, diabet, menopoz, piylənmə, bəzi dərmanlar və nevroloji xəstəliklərə rast gəlinir. 

QALXANABƏNZƏR VƏZİN XƏSTƏLİKLƏRİ

Qalxanabənzər vəzinin həddindən artıq fəaliyyəti (hipertiroidizm) orqanizmdə maddələr mübadiləsini sürətləndirərək həddindən artıq tərləməyə səbəb olur.

Hipertiroidizmin simptomlarına sürətli ürək döyüntüsü, çəki itkisi, əsəbilik, yuxu problemləri və istilik həssaslığı daxildir.

Tiroid hormon səviyyələrinə nəzarət etmək və müvafiq müalicə üsullarını tətbiq etmək həddindən artıq tərləmənin idarə edilməsinə kömək edir.

ŞƏKƏRLİ DİABET

Diabet orqanizmin qan şəkərinin səviyyəsini tənzimləyə bilmədiyi, sinirlərin zədələnməsinə və tərləmə problemlərinə səbəb olan bir vəziyyətdir.

Diabetik neyropatiya xüsusilə ayaqların alt hissəsində həddindən artıq tərləməyə səbəb olur.

Qan şəkərinin səviyyəsinə nəzarət və müntəzəm tibbi monitorinq bu cür tərləmə problemlərini idarə etməyə kömək edir.

Menopoz

Menopoz qadınların menstrual dövrünün bitdiyi və hormonal dəyişikliklərin baş verdiyi bir prosesdir.

Bu dövrdə isti flaşlar və gecə tərləmələri kimi simptomlar tez-tez olur. Ayaqların tərləməsi də menopozun əlamətidir.

Hormon əvəzedici terapiya və həyat tərzi dəyişiklikləri menopoz əlamətlərini aradan qaldırmağa kömək edir.

NARAHATLIQ VƏ STRESS

Narahatlıq və stress orqanizmin reaksiyalarını tətikləyir, həddindən artıq tərləməyə səbəb olur. Bu, xüsusilə ayaqların alt hissəsində özünü göstərir.

Stress idarə üsulları, terapiya və dərmanlar narahatlıq və stressin yaratdığı tərləmə problemlərini idarə etməyə kömək edir.

NEVROLOJİ POZĞUNLUQLAR

Bəzi nevroloji pozğunluqlar da həddindən artıq tərləmənin səbəbidir. Misal üçün; Parkinson xəstəliyi simpatik sinir sisteminə təsir edir və tər vəzilərinin həddindən artıq aktivləşməsinə səbəb olur.

Nevroloji xəstəliklərin müalicəsi tərləmə problemlərini aradan qaldırmağa kömək edir.

DƏRMANLAR

Bəzi dərmanların insana müxtəlif yan təsirləri var. Bu yan təsirlərdən biri də həddindən artıq tərləmədir.

Tez-tez ayaq tərləməsi ilə qarşılaşırsınızsa, bu, istifadə etdiyiniz hər hansı bir dərmandan qaynaqlana bilər. Dərman qəbul etmirsinizsə, ayaqların tərləməsi başqa bir xəstəliyin əlaməti ola bilər.

PİYLƏNMƏ

Piylənmə bədənin həddindən artıq tərləməsinə səbəb olan bir vəziyyətdir. Həddindən artıq çəki orqanizmin temperaturu tənzimləmək qabiliyyətinə təsir edir və tər vəzilərinin daha çox işləməsinə səbəb olur.

Bu nöqtədə həddindən artıq tərləmə problemini yüngülləşdirməyin ən əhəmiyyətli üsulu arıqlamaqdır.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Seçilən
29
e-saglam.az

1Mənbələr