AZ

"Baxçadakı quyuya atılan" ömür... "Qohum evliliyindəki "sağlamlıq" riski gələcək nəslə də təsir edir"

Azərbaycanda nikahın bağlanmasına mane olan halların qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilir. Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində yaxın qohumlarla yanaşı qardaşların və bacıların ümumi bioloji baba və nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi, dayı və qardaş, bacı qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur. Milli Məclisin deputatı Rüfət Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məsələdə söhbət yaxın qohumlardan gedir. Rüfət Quliyev “Biz orada hansı qohumların olması qradasiyasını qoymuşuq. Burada qorxunc problemli məsələ nədir? Doğulan uşaqlardır. Ola bilər ki, insanlar bir-birini istəsin, sevsin və yaxud valideynlər qərara gəlirlər ki, bir də qohum olsunlar. Amma bunun fəsadlarını da ölçüb biçmək lazımdır. Yəni burada heç kim zəmanət verə bilməz ki, doğulan uşağlar salamat olacaq. Burada söhbət ondan getmir ki, bibi oğlu dayı qızını almasın və yaxud dayı oğlu bibi qızını almasın. Bu, etik problem deyil. Bu, sadəcə gələcək nəslin problemidir. Bəs şikəst uşağlar doğulanda necə olacaq? O zaman valideynlər peşmançılıq çəkir. Bu zaman dövlətin özünə də kifayət qədər yük düşür, valideynlərə də yük düşür. Mənim gözümün qabağında, Lənkəranın özündə də, bizdə də əvvəllər çox böyük dəb idi. Bizim zonada qohumlar arasında evlilik olurdu. Bu da qumar oyunu kimi bir şeydir. Tuta da bilər, tutmaya da bilər. Elə olub ki, uşaq şikəst doğulub və ya ruhi problemi olub. Zehni problemi olan uşaq da olub. Valideynləri ömrünün axırına kimi onlara baxır. Bu valideynlər həyatdan köçəndən sonra bu uşaqlara kim qulluq edəcək, kim bunlara sahib çıxacaq? Bunu düşünmək lazımdır”-deyə deputat bildirib. Deputatın fikrincə, gələcək genofondu qorumaq lazımdır: "Bu gün risk edib evlənənlər olacaqsa, onlar həqiqətən uşaqlarının gələcək həyatını risk altına qoyurlar". Rüfət Quliyev vurğulayıb ki, yaxın qohumlar arasında evlilik halları çoxdur. “Mən həkim deyiləm, tam dəqiq deyə bilmərəm hansı qohum hansı qohumla evlənə bilməz. Amma bilirəm ki, problemlər var. Biz uşaqlarımızın sağlamlığını və gələcək nəsillərimizi qorumalıyıq. Çalışmalıyıq ki, onların sağlamlığına problem yaranmasın, valideynlərdə narahatlıq olmasın, dövlətə əziyyət düşməsin”-deyə deputat əlavə edib. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
bizimyol.info

1Mənbələr