AZ

12 iyun Milli Qırmızı Qızılgül Günü - Güllər gözəlliyi və şirin qoxusu havanı xoşbəxtliklə doldurur...

Hər il iyunun 12-də ABŞ-da insanlar Milli Qırmızı Qızılgül Gününü qeyd edirlər. Qırmızı qızılgüllər bir çox erkən mədəniyyətlərdə toy mərasimlərində və toy geyimlərində bəzək kimi istifadə edilmişdir. Bu təcrübə ilə qırmızı qızılgül sevgi və romantikanın simvolu kimi tanınıb. Sevginin ən güclü mesajı kimi qırmızı qızılgüllərin verilməsi ənənəsi bu gün də davam etdirilir. Qırmızı güllər sevgi mesajından daha çoxunu təklif edir. Qırmızı güllər həm də qoxuları ilə tanınırlar. Onlar həmçinin ətirlərin hazırlanması və müalicəvi çayların dəmlənməsi üçün becərilir. İyun ayında çiçək bağlarında qırmızı güllər çiçək açır. Onların gözəlliyi və şirin qoxusu havanı xoşbəxtliklə doldurur. Dəyər verdiyiniz insanlara qırmızı qızılgül hədiyyə etməyi düşünə bilərsiniz. Azərbaycanda da qızılgüllərin yetişdirilməsi və onların onların xoş qoxuya çevrilməsi ilə Azrose şirkəti məşğul olur. Şirkət çiçək yetişdiriciləri, çiçək yetişdiricilərinin texniki məsləhətçiləri, çiçək dizaynerləri və çiçək sənayesində topdan gül distribyutorları kimi uzun illər təcrübəsi olan işçilər heyəti tərəfindən idarə olunur. Qeyd edək ki, Azrose şirkətinin ölkədə çiçəkçiliyin inkişafında böyük rolu var. Ərazisi 3 hektar olan Azrose istixanalarına 18 müxtəlif rəngli qızılgüllər yetişdirilir. Şirkət Azərbaycan çiçək bazarında mühüm yer tutur. Onuda da deyək ki, şirkət təkcə qızılgüllərin yetişdirilməsi ilə məşğul olmur. Eyni zamanda ətirlərin hazırlanması üzrə master klass və treninqlər də təşkil edir. Qızılgüllər insanın əhval ruhiyyəsini dəyişdirir, xoşbəxtlik bəxş edir. Sevdiyimiz insanlaırn bizə qızılgüllər verməsi isə başqa bir duyğu oyandırır. Qızılgüldən hazırlanmış ətirlər isə ruhu oxşayır. Bu qızılgülləri və onlardan hazırlanmış ətirləri isə bizə Azrose təklif edir. Şirkət Azərbaycanın gözəl güşələrindən biri olan Zaqatalada yerləşir. Yolunuz Zaqatalaya düşərsə, siz də gül baxçalarına baş çəkmək üçün öncədən müraciət edə bilərsiniz. Əzizlərimiz biz də sizi Qızılgül bayramı münasibəti ilə təbrik edirik. Bəlkə də, “Bu bayram hardan ortaya çıxdı?” deyəcəksiniz. Nəyi pisdir ki. Təki hər günümüz bayram kimi olsun, təki hər günümüzü bayram əhvalında keçirmək imkanlarımız olsun və təki hər günümüzdə bizə bizi xatırladan, qızılgüllər verən biri olsun…. Qeyd edək ki, bu yazı reklam yazısı deyil. Sadəcə bayram sevincini əks etdirən təbrik yazısıdır. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
bizimyol.info

1Mənbələr