AZ

ATƏT-in Minsk qrupu öz fəaliyyətini de-fakto dayandırıb - Paşinyan

Bakı. Trend:

ATƏT-in Minsk qrupu 2022-ci ilin fevralından sonra özfəaliyyətini de-fakto dayandırıb.

Trend "TASS"agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın başnaziri Nikol Paşinyan deyib.

"ATƏT-in Minsk qrupu bir növ siyasi leksikonumuzda ikonadır.Lakin biz anlayırıqmı ki, ATƏT-in Minsk qrupunun üzvləri 2022-ciilin fevralından sonra və hətta bundan əvvəl bir-biri iləünsiyyətdə olmayıblar? Başqa sözlə desək, ATƏT-in Minsk qrupufaktiki olaraq mövcud deyil", - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyeviyunun 6-da TÜRKPA-ya üzv dövlətlərin parlament sədrləri iləgörüşündə bildirib ki, Azərbaycan Ermənistan tərəfinə Minsk qrupuləğv edilməsi ilə bağlı ATƏT-ə birgə müraciət etməyi təkifedib.

"Minsk qrupu 28 il guya Qarabağ problemini həll etməyəçalışırdı. Əslində isə bunu dondurmağa çalışırdı və BMTTəhlükəsizlik Şurasının 4 qətnaməsi kağız parçasından başqa bir şeydeyildi. Biz isə ona görə bu gün öz haqqımızı, ərazi bütövlüyümüzüdöyüş meydanında, güc yolu ilə və beynəlxalq hüquq çərçivəsindəhəll etdik. Ancaq o da həqiqətdir, sənin gücün olmalıdır ki, özhaqqını müdafiə edə biləsən.

Ermənistan-Azərbaycan prosesi ilə bağlı onu deyə bilərəm ki, bizhesab edirik, bir neçə açıq olan məsələ hələ də qalmaqdadır.Onlardan biri Ermənistanın Konstitusiyasıdır ki, orada Azərbaycanaqarşı ərazi iddiaları var. İkincisi, Ermənistanın Azərbaycana vəTürkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır. Təbiiki, biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki,Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minskqrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indifəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkanverməyəcəyik. Qaldı ki, de-yure - hüquqi cəhətdən bu, ləğv edilsinvə bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. ƏgərErmənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli,onların bizə qarşı ərazi iddiaları davam edir", - dövlət başçısıdeyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
27
az.trend.az

10Mənbələr