AZ

Fransada etirazlar çox kəskin formada yatırılır- ÖZƏL

"Fransada ümumilikdə etirazlar çox kəskin formada yatırılır. İnsanların, həmin o etirazçıların üzərinə itlər buraxılır, vəhşicəsinə döyülür".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Dəfələrlə digər aparıcı təşkilatlar da Fransa hökumətini buna görə qınayıb. Şarl De Qollun zamanından Fransada etirazçıların çox sərt şəkildə yatırılması ilə bağlı məsələlər var. Fransanın həmin o məşhur, indiki respublikanın əsasını qoyan De Qollun istefaya getməsinə səbəb də o etirazların elə vəhşicəsinə yatırılması səbəb oldu. Bələdiyyə islahatları var idi. De Qollun həmin o islahatları effekt vermədi. İnsanlar etiraza qalxdılar və etirazlar çox vəhşicəsinə dağıdıldı. Örnəklər çoxdu. Fransız polisi, hüquq mühafizə orqanları etirazçılarla çox sərt şəkildə davranırlar və nəticə etibarilə də onların bu şəkildə əzilməsinə gətirib çıxarırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
olaylar.az

1Mənbələr