AZ

SosialŞəhid atası: Övladımın qəbri bərpa edilib, uyuduğu yer bizə məlum olub - FOTO

SİZİN REKLAM BURADA!055 213 76 73 Far.Az xəbər verir ki, bunu report-a açıqlamasında 31 il öncə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşən və bir müddət əvvələ qədər naməlum şəhid kimi bilinən Hafiz Məmmədovun atası Qədim Məmmədov deyib.   O, övladının məzarının abadlaşdırılmasına görə minnətdarlığını ifadə edib:   "İllərdi övladımın axtarışındaydıq. Sağ olsun cənab prezidentimiz, dövlətimiz sonda övladımı tapıb bizi sevindirdi. Bura toplaşan hər kəsə təşəkkür edirəm. Bu gün övladımın qəbri bərpa edilib, uyuduğu yer bizə məlum olub”.   Şəhidin qardaşı Ceyhun Məmmədov bildirib ki, onun məzarının Gəncədəki Şəhidlər Xiyabanında olduğunu öyrənənə qədər bir sıra proseduralar həyata keçirilib:   “31 il idi qardaşımı axtarırdıq. Bizdən DNT analizi götürülmüşdü. Sonradan müəyyənləşdi ki, qardaşım burada, Gəncə Şəhidlər Xiyabanında dəfn olunan naməlum şəhidlərdən biridir. Bu gün onun qəbri yenidən bərpa edildi və bizə təqdim olundu. Dövlət başçımıza və bu işdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm”. Qeyd edək ki, bu gün şəhidin Gəncə şəhər Şəhidlər Xiyabanındakı məzarı yenidən abadlaşdırılaraq ailəsinə təqdim olunub.

  Far.Az

Seçilən
144
2
far.az

3Mənbələr