AZ

Frattezi bacısını sosial şəbəkələrdə niyə bloklayıb?

Ötən mövsümü “İnter”də icarədə keçirmiş, “Sassuolo”nun italyan yarımmüdafiəçisi Davide Frattezi bacısı ilə bağlı məqama aydınlıq gətirib.

Arena.az məlumat verir ki, Frattezi öz doğma bacısını özünün sosial şəbəkə hesablarında bir müddət bloklamışdı.

“Bacımın “Yuventus”un İtaliya Kubokunda qalibiyyətini futbol meydanında qeyd etdiyini görəndən sonra, onu dörd gün müddətinə bütün sosial şəbəkələrdə blokladım”, – “La Repubblica” dərgisi Frattezidən sitat gətirir.

Xatırladaq ki, Davide Frattezinin bacısı Kyaranın (Kyara) “Yuventus”un futbolçusu, amerikan mərkəz yarımmüdafiəçisi Ueston Makkeni ilə münasibəti var, cütlük görüşür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
arena.az

1Mənbələr