Aktual.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunu qurumun Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə bildirib.
Onun sözlərinə görə, bunun 4 673-ü yerli investisiyalı MMC-lərdir.
"Kommersiya qurumlarının 79,8 %-i elektron qaydada qeydiyyatdan keçib, yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi isə 89,3 % təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 756 yerli investisiyalı MMC qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 14,5 %, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 16,2 % təşkil edib", - deyə vergi rəsmisi qeyd edib.
Bundan başqa, L.Hüseyn-zadə deyib ki, bu ildən kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı zamanı "SİMA” elektron imzanın tətbiqinə başlanılıb ki, ötən müddət ərzində artıq 9 yerli investisiyalı MMC bu üsuldan istifadə edərək qeydiyyatdan keçib: "Kommersiya hüquqi şəxsinin məlumat dəyişikliyinin elektron qaydada həyata keçirilməsi ilə bağlı texniki imkanların yaradılması istiqamətində müvafiq işlər görülür".