AZ

Əfran İsmayılov: “Onların millidə olması inkişafımızı ləngidir” – VİDEO

“Qazaxıstana qarşı oyunda heyətdə legionerlərin olmamağı məni sevindirdi”.

Bunu “İdman Bizdə”nin qonağı olan Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov deyib.

O, yığmamızın Qazaxıstanı 3:2 hesabı ilə məğlub etdiyi oyunda baş məşqçi əvəzi Arif Əsədovun meydana buraxdığı heyəti dəyərləndirib. İsmayılovun sözlərinə görə, Eddi İsrafilov və ya Filip Ozobiçin millidə olması inkişafımızı daha da ləngidir: “Ondansa gənclərimizin şans qazanması uğur sayıla bilər. Milli komandaya əksər vaxtlar eyni oyunçular dəvət olunur. Ola bilər ki, məşqçilər 1-2 seçimdə yanıla bilirlər. Amma ümumi götürsək, seçim düzgündür. “Sumqayıt”da Səbuhi Abdullazadənin oyunu çox xoşuma gəlirdi. İnanırdım ki, o da dəvət alacaq. Onun olmamağına üzüldüm. Amma gələcəkdə millidə oynayacağına inanıram”.

İsmayılov bildirib ki, bu matçda futbolçularda milli ruh daha qabarıq şəkildə hiss olunub: “Legionerlər azalıb. Komandanın 95 faizini azərbaycanlılar təşkil edir. Bu da milli ruha gətirib çıxarır. Bu belə də olmalıydı. Neçə vaxt idi ki, bunu arzulayırdıq. Bizim vaxtımızda da Türkiyədən, Almaniyadan legionerlər gəlirdi. Onların bəziləri çalışıb nəsə edirdi. İndi də Anton Krivatsuk ana dilimizdə danışır. Görünür ki, can yandırır. Bu milli ruhu bəlkə də Arif Əsədov aşılayıb. Həqiqətən də uşaqlarda o istək görünürdü. Bu da sonda qələbəyə gətirdi”.

Qeyd edək ki, millimiz Macarıstanda ilk yoxlama görüşündə Albaniyaya 1:3 hesabı ilə uduzub.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
idman.biz

1Mənbələr